Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Barmaqlarınıza istirahət verin!"


"Bakcell" şirkəti "Barmaqlarınıza istirahət verin!" devizi ilə "Danışan SMS" xidmətini təqdim edib. Bu xidmətdən istifadə etmək üçün mesaj göndərmək istədiyiniz nömrənin əvvəlində *0* yığmaq lazımdır

(Məsələn: *0*ХХХXXXXXXX YES, burada XXXXXXX abunəçinin 10 rəqəmli nömrəsidir); Qarşı tərəf danışan SMS-in daxil olması barədə məlumat alacaq və SMS-i dinləmək üçün *0*YES yığaraq mesaja qulaq asa biləcək.

"Danışan SMS" üçün xidmət haqqı ƏDV daxil 0.06 AZN təşkil edir. "Danışan SMS" ölkədaxili bütün mobil operatorların nömrələrinə göndərilə bilər.

Məlumat üçün qeyd edək ki, bənzər xidmət ölkədə fəaliyyət göstərən digər mobil operator olan "Azercell"də də mövcuddur.

RƏVAN




30/01/13    Çap et