Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” ən çox televizor istehsalından gəlir əldə edib


“LG Electronics” şirkəti 2012-ci ilin dördüncü rübü üzrə iş fəaliyyəti haqqında göstəriciləri elan edib.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “LG Electronics” şirkəti hesabat dövründə 12,37 milyard həcmində konsolidə edilmiş gəlir əldə edib. Şirkətin mobil bölməsi 2012-ci ilin dördüncü rübündə 15,4 milyon qurğu sataraq 2,58 milyard həcmində gəlir əldə edib. Bu göstərici ötən rüblə müqayisədə 15 faiz çoxdur. “LG Home Entertainment Company” bölməsi 9,3 milyon ədəd televizor satıb.

Bu göstərici ötən rüblə müqayisədə 17,4 faiz çoxdur. Bölmənin gəliri 5.91 milyard dollar təşkil edib. “LG Home Appliance Company” bölməsinin gəliri sabit olaraq qalır və hesabat rübündə 2,7 milyard dollar təşkil edib.

“LG Air Conditioning & Energy Solutions Company” bölməsinin gəliri, həmçinin sabit olaraq qalır və 626 milyon dollar təşkil edib. 2012-ci ilin dördüncü rübündə konsolidə edilmiş əməliyyat mənfəəti 98,08 milyon təşkil edib. Lakin yekun maliyyə göstəricisi mənfi olub.

Hesabat dövründə şirkət 428,96 milyon dollar həcmində xalis zərərə məruz qalıb. Buna səbəb Avropa Birliyinin şirkəti televizor bazarında qaydalara uyğun olmayan rəqabətdə ittiham edərək üzərinə cərimə qoymasıdır.

2012-ci il üzrə “LG Electronics” şirkəti 45.22 milyard dollar həcmində konsolidə edilmiş gəlir əldə edib. Bu göstərici 2011-ci illə müqayisədə 6 faiz azdır.

Emil Hüseynov




31/01/13    Çap et