Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimatı internet saytı vasitəsilə canlı yayımlanacaq


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2012/2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş "Abituriyent" jurnalının 12-ci nömrəsinin növbəti təqdimatı keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, TQDK-da keçiriləcək təqdimat mərasimində Təhsil Nazirliyinin, respublikanın şəhər və rayon təhsil şöbələrinin nümayəndələri, jurnalistlər iştirak edəcəklər.

Tədbir TQDK-nın internet saytı vasitəsilə canlı yayımlanacaq.




01/02/13    Çap et