Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə hansı qrafik format daha populyardır?


"PNG" qrafik formatı saytlarda istifadəsinə görə "GIF" qrafik formatından daha populyardır. Bu barədə öz statistikasına istinadən "W3Techs" məlumat verib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "W3Techs"-in məlumatına əsasən, bu və ya digər formatın populyarlığı regiondan asılıdır: belə ki, Avropada daha çox "PNG" formatı, Asiyada isə "GIF" formatı istifadə olunur. "JPEG" əvvəlki kimi ən populyar qrafik format olaraq qalır.

"PNG" qrafik formatı "GIF"-dən 8 il sonra, 1987-ci ildə hazırlanıb.

Emil Hüseynov




02/02/13    Çap et