Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə fəaliyyət göstərən saytların sayı 630 milyonu ötüb


"Netcraft" monitorinq şirkəti internetdə fəaliyyət göstərən saytların sayı haqqında növbəti hesabatını dərc edib. Şirkətin məlumatına əsasən, fevralın əvvəlində internetdə 630795511 sayt fəaliyyət göstərib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, populyar "Apache" və "Microsoft IIS" veb-serverlərinin hər birinin xidmət göstərdiyi baza fevralda 5 milyon host azalıb.

Qeyd edək ki, müvafiq dövrdə "Nginx" veb-serverinin xidmət göstərdiyi baza 1.4 milyon host artmış və onun bazar payı 12,85 faiz təşkil edib.

Emil Hüseynov




04/02/13    Çap et