Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Statistika Komitəsinin internet səhifəsinə istifadəçilərin daxil olma statistikası açıqlanıb


Dövlət Statistika Komitəsi internet səhifəsinə cari ilin yanvar ayı ərzində istifadəçilərin daxil olma statistikasını açıqlayıb. "ICTnews" elektron xəbər xidmətinin komitəyə istinadən verdiyi məlumata görə, yanvar ayında komitəsinin veb səhifəsinə 20406 nəfər istifadəçi daxil olub.

Daxil olanların 91,9 faizi ölkə, qalanları isə xarici ölkə istifadəçiləridir. Saytın resurslarından 76 ölkənin istifadəçiləri bəhrələnib. Sayta daxil olan istifadəçilərin pik həddi yanvar ayının 15-nə təsadüf edib və orta hesabla gün ərzində Dövlət Statistika Komitəsinin internet səhifəsindən 658 nəfər istifadə edib.

CAHANGİR




04/02/13    Çap et