Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” və “Huawei” şirkəti Afrika üçün “ağıllı” telefon yaradacaqlar


“Microsoft” korporasiyası Çinin “Huawei” şirkəti ilə birgə Afrika bazarı üçün “ağıllı” telefon yaradacaq. “Huawei Afrika Windows Phone” adlı cihazın qiyməti 150 dollardır.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, qurğunun satışlarına eyni anda 7 ölkədə başlanılacaq.

“GSM Association”-ın qiymətləndirməsinə görə, Afrikanın mobil bazarının həcmi orta hesabla hər il 43 faiz artır.

Emil Hüseynov




06/02/13    Çap et