Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” şirkəti Atom prosessorlarının sürətini 10 dəfə artırmağa söz verib


“İntel” korporasiyası enerji effektiv Atom prosessorlarının yeni istehsalat texnikasına keçirilməsi planları ilə bölüşüb. “Saltwell” kod adı ilə Atom çiplərinin sentyabr ayında işıq üzü görəcəyi gözlənilir. Bu, 32 nanometr metodika ilə istehsal ediləcək. 2013-cü ildə Atom “Silvermont” prosessorlarının istehsalı nəzərdə tutulub. Onun əsasını “Tri-Gate” texnologiyasının tətbiqini güman edən yeni keyfiyyətli arxitektura təşkil edəcək. Məlumat üçün qeyd edək ki, bu metodika tranzistorların planar strukturlarından həcmli struktura keçidi nəzərdə tutur. “Silvermont” prosessoru üçün 22 nanometr istehsalat texnikasının tətbiqi planlaşdırılır.
“Silvermont” prosessorlarının varisləri 14 nanometr metodika ilə hazırlanan “Airmont” məmulatları olacaq. O vaxta kimi Atom prosessorunun hesablama nüvələri və qrafik alt sisteminin məhsuldarlığının müasir həllərlə müqayisədə təxminən 10 dəfə artacağı gözlənilir.


hard.compulenta.ru




29/07/11    Çap et