Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” martda “Galaxy IV” “ağıllı” telefonunu təqdim edəcək


“SamMobile” portalı yazır ki, Koreyanın “Samsung” şirkəti “Galaxy S IV” “ağıllı” telefonunu martın 15-də təqdim edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, qurğunun əsas xüsusiyyətləri çoxdan məlumdur: 1920x1080 nöqtə təsvir ölçülü 5 düymlü “Super AMOLED” ekranı, səkkiznüvəli “Exynos 5 Octa” prosessoru, iki qiqabayt əməli yaddaş, 13 meqapikselli arxa və 2 meqapikselli ön kamera.

Qurğuya “Android 4.2.1” əməliyyat sistemi quraşdırılıb. Yenilik ilk əvvəl Avropa və Asiya sakinləri üçün əlçatan olacaq.

Emil Hüseynov




08/02/13    Çap et