Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TQDK “Ödəmə kartları - mobil xatırlatma” xidmətini istifadəyə verdi


Tələbə Qəbulu üzrə Dövlət Komitəsi "Ödəmə kartları - mobil xatırlatma" xidmətini istifadəyə verib. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə TQDK-dan məlumat verilib.

Komitə bildirir ki, Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən "Elektron ərizə vermək üçün odəmə kartı" və ya "Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı" əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər. "Elektron ərizə vermək üçün odəmə kartı"nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, "Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı"nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır.

Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir. Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.

SEYMUR




08/02/13    Çap et