Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Onlar bu gün “Android” platformasına qarşı birləşdilər


2011-ci il fevralın 11-də “Nokia” və “Microsoft” şirkətləri “Windows Phone” platformasının hazırlanması üzrə əməkdaşlığa başlayıb. Hər iki şirkətin baş direktorları – Stiven Elop və Stiv Balmer “Google Android” əsasında işləyən “ağıllı” telefonlara rəqib olacaq platforma hazırladıqlarını bəyan etmişdilər.

Həmçinin şirkətlərin bəyanatına əsasən, “Nokia Maps” kartoqrafiya məhsulu bundan sonra “Microsoft”un bütün məhsullarında istifadə olunacaq. “Nokia” isə öz növbəsində “ağıllı” telefonlarına “Bing” axtarış sistemini quraşdıracaq.

Emil Hüseynov




11/02/13    Çap et