Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 5” daha ən rahat telefon deyil


“On Device Research” şirkətinin yeni araşdırmasına əsasən, “iPhone 5” ABŞ-da alıcıların məmnunluq dərəcəsinə görə beşinci yerdə qərarlaşıb.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, reytinqdə birinci yerdə “Android” platforması ilə işləyən “Motorola Atrix HD”, ikinci, üçüncü və dördüncü yerlərdə müvafiq olaraq “Droid Razr M”, “HTC Rezound 4G” və “Samsung Galaxy Note 2” qərarlaşıb.

Böyük Britaniyada istifadəçilərin məmnunluq dərəcəsinə görə “iPhone” ikinci yerdə qərarlaşıb.

Emil Hüseynov




13/02/13    Çap et