Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avstraliyada dünyanın ən böyük teleskopu quraşdırılır
Avstraliyanın Tasmaniya ştatının cənubunda yerləşən rəsədxanada quraşdırılacaq yeni "Harlingten" teleskopu vasitəsilə 30 min işıq ili məsafəsindəki göy cisimlərini müşahidə etmək mümkündür. Astronom Endryu Koul bildirib ki, quraşdırılacaq cihaz dünyanın ən böyük teleskoplarından biridir.
Onun çəkisi 4 ton təşkil edir. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, teleskop məsafədən idarə olunur. Alimlər teleskop vasitəsilə Süd yolunu, həmçinin digər qalaktikaların yeni ulduzlarını araşdırmağa hazırlaşırlar. Plana əsasən, teleskopun quraşdırılması 2013-cü il fevralın sonunadək başa çatdırılmalıdır.
Emil Hüseynov
14/02/13 Çap et