Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səfirimiz Kanadanın texnologiya üzrə təcrübələrini Azərbaycanla bölüşməsi üçün görüşlər keçirib


Azərbaycan Respublikasının Kanadadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Alberta əyalətinə işgüzar səfəri çərçivəsində paytaxt Edmonton şəhərində növbəti görüşlərini keçirib.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. XİN-dən bildirilib ki, səfirimiz, Devonda yerləşən "Canmet Enerji Texnologiyası Mərkəzi"ni ziyarət edərək, Kanadanın enerji texnologiyaları sahəsində aparıcı elmi tədqiqat müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olub və mərkəzin rəhbərliyi ilə bu təsisat və Azərbaycanın elmi tədqiqat institutları arasında tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Kanadanın aparıcı ali təhsil müəssisələrindən biri olan Alberta Universitetinin Mühəndislik və Bioloji Elmlər fakültələrində görüşlər keçirilib və Alberta Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq yolları, xüsusilə də tələbə və müəllim heyətinin mübadiləsi məsələləri araşdırılıb.

SEYMUR




18/02/13    Çap et