Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil cihazların qeydiyyat sisteminin yekun testlərinə başlanılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mobil cihazların qeydiyyat sisteminin (MCQS) yekun testlərinə başlayıb.

Mobil Cihazların Qeydiyyat Mərkəzi «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarına uyğun olaraq yaradılıb. Mərkəzdə Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, qeyd olunan qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı nəzərdə tutulmuşdur.

Mobil Cihazların Qeydiyyat Sistemi tam fəaliyyətə başladıqdan sonra qeydiyyatsız, oğurluq və kloun cihazların İMEİ nömrələri identifikasiya olunaraq mobil telekommunikasiya şəbəkələrində istifadəsi məhdudlaşdırılacaqdır. Şəbəkədən məhdudlaşdırma prosesi Mobil cihazların qeydiyyat sistemi (MCQS) tam istifadəyə verildikdən sonra nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, respublika ərazisində fəaliyyət göstərən mobil telekommunikasiya operatorları Mobil cihazların qeydiyyat sisteminə qoşularaq real vaxt rejimində məlumat mübadiləsini təmin edəcəklər.

HƏQİQƏT




18/02/13    Çap et