Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq distant müsabiqədə iştirak etmək üçün sayt hazırlanır


"Bebras" İnformatika və informasiya texnologiyaları üzrə beynəlxalq distant müsabiqədə iştirak etmək üçün Azərbaycanın müəllim və şagird heyəti " www.bebras.az/" saytında qeydiyyatdan keçəcəklər.

Hazırda isə saytın hazırlanması üzərində iş aparılır. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov məlumat verib.

Şöbə müdiri qeyd edib ki, artıq olimpiadada iştirakla bağlı nazirlikdə toplantı keçirilib və İşçi Qrup yaradılıb: "Sayt aktivləşdirildikdən sonra orada Azərbaycan və rus dillərində müxtəlif tapşırıqlar yerləşdiriləcək. Hazırda olimpiadada istifadə olunacaq məsələlərin Azərbaycan dilinə tərcümə olunması davam etdirilir".

HƏQİQƏT




19/02/13    Çap et