Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hüqo Çavesin “Twitter” oxucularının sayı 4 milyonu ötüb


Venesuelanın vitse-prezidenti Nikolas Maduranın məlumatına əsasən, ölkə prezidenti Hüqo Çaves Kubada uzunmüddətli müalicədən sonra vətənə qayıdıb və onun "Twitter" mikrobloqunda abunəçilərin sayı 4 milyonu ötüb.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, hazırda Hüqo Çavesin "Twitter" oxucularının sayı 4 milyon 6 min təşkil edir və onların sayı, demək olar ki, hər dəqiqə artır.

Xatırladaq ki, Hüqo Çaves "Twitter"də mikrobloqunu 2010-cu il aprelin 27-də açıb.

Emil Hüseynov




19/02/13    Çap et