Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni nəsil “siçan” ixtira olunub (VİDEO)


"Mycestro" ənənəvi kompüter "siçan"ını əvəz edəcək yeni qurğudur. Onu şəhadət barmağına bərkidərək kompüteri jestlər vasitəsilə idarə etmək mümkündür. "ICTnews.az" elektron xəbər xidməti "zhelezyaka.com" saytına istinadən bildirir ki, "Mycestro" qurğusu baş barmağın ona toxunuşu ilə aktivləşir.

Barmaq qurğudan çəkilən kimi kursor dayanır və "siçan"ın funksiyaları deaktiv olur. Ekrandakı kursor əl hərəkətləri ilə idarə olunur. Mətnin seçilməsi üçün barmağı qurğudan çəkmək, daha sonra qurğuya tıqqıldatmaq lazımdır.

"Mycestro" qurğusu "Bluetooth 4.0" texnologiyasını dəstəkləyir. Hərəkət radiusu 9 metrdir. Qurğu "iPhone" və "iPad" qurğularını dəstəkləyir. "Mycestro" daxili akkumulyatorla təchiz edilib və ona "USB" vasitəsilə enerji doldurmaq mümkündür.




Emil Hüseynov




20/02/13    Çap et