Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ildə ilk kosmik turist Dennis Tito Mars planetinə səyahət təşkil edəcək


İlk kosmik turist amerikalı Dennis Tito 2018-ci ildə Mars planetinə səyahət təşkil etmək niyyətindədir. Bu barədə onun yaratdığı “Inspiration Mars Foundation” təşkilatının press-relizində bildirib.

Kosmik uçuşla bağlı əlavə təfərrüatlar 27 fevralda yerli vaxtla saat 13:00-də keçirələcək mətbuat konfransında məlumat veriləcək. 2001-ci ildə Dennis Tito ilk kosmik turist adına layiq görülüb.

Orbitdə olması ona 20 milyon dollara başa gəlib.

Emil Hüseynov




21/02/13    Çap et