Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Nokia" rəqibləri ilə mübarizə strategiyasını müəyyənləşdirib


"Nokia" şirkəti ucuz telefon xəttini genişləndirmək niyyətindədir. Finlandiya şirkəti bu yolla Çinin "Huawei" və "ZTE" kimi şirkətləri tərəfindən olan təzyiqdən müdafiə olmağı planlaşdırır.

"ICTnews.az" elektron xəbər xidməti "techonliner.by" saytına istinadən bildirir ki, "Nokia" şirkətinin Barselonada keçiriləcək "MWC" sərgisində bir neçə belə qurğu nümayiş etdirəcəyi gözlənilir.

Bundan başqa, Finlandiya şirkəti "Windows Phone 8" mobil əməliyyat sistemi ilə işləyən "Lumia" "ağıllı" telefonlarının büdcəyə uyğun modellərini istehsal edəcək. Xatırladaq ki, 2012-ci ilin dördüncü rübündə "Nokia" şirkəti 4.4 milyon "Lumia" tədarük edib.

Bəzi analitiklərin fikrincə, Finlandiya şirkəti investorları seçilmiş strategiyanın düzgünlüyünə inandırmaq üçün satılan qurğuların sayını iki dəfə artırmalıdırlar.

Emil Hüseynov




23/02/13    Çap et