Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Reuters”: “Samsung” şirkəti “Galaxy S IV” “ağıllı” telefonunu martın 14-də təqdim edəcək


"Samsung" şirkəti martın 14-də Nyu-York şəhərində "Android" mobil əməliyyat sistemi ilə işləyəcək yeni flaqman "ağıllı" telefonunu təqdim edəcək.

Deyilənlərə görə, "Samsung Galaxy S IV" "Full HD" təsvir ölçüsünə malik 5 düymlü ekran, 8 və ya 13 meqapiksel təsvir ölçüsünə malik kamera, həmçinin səkkiznüvəli "Exynos 5 Octa" prosessoru ilə təchiz ediləcək.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "ağıllı" telefonun daha ətraflı xüsusiyyətləri hələ ki açıqlanmır və yalnız təqdimatdan sonra məlum olacaq.

Emil Hüseynov




26/02/13    Çap et