Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb


Chrome məhsulları üzrə “Google” şirkətinin vitse-prezidenti Sundar Piçai Chrome OS əməliyyat sisteminin bazar perspektivlərini açıqlayıb. Onun sözlərinə görə, proqram platforması klaviaturalı qurğular, o cümlədən, veb-proqram və onlayn xidmətləri ilə qarşılıqlı əlaqə üçün nəzərdə tutulmuş noutbuklar üçün hazırlanıb.
“Belə qurğuları "xrombuklar" adlandırırlar və onların satışı növbəti ayın ortalarında başlayacaq. Çoxsaylı şayiələrin əksinə olaraq şirkət Chrome OS-u planşetlər üçün nəzərdə tutmayıb. Bundan başqa, vitse-prezident Chrome OS və Android-in bir əməliyyat sistemində birləşməsi haqqında informasiyanı da təkzib edib.
Qeyd edək ki, ilk xrombuklar 12.1 və 11.6 düym diaqonallı displeylər ilə Samsung Series 5 Chromebook və Acer Chromebook leptopları olacaqlar.




01/06/11    Çap et