Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən böyük qlobusu


Qabaqcıl "DeLorme-un" kartoqrafiya şirkəti planetimizin üçölçülü fırlanan modelini yaradıb.

"ICTnews.az" elektron xəbər xidməti "mirfactov.ru" saytına istinadən bildirir ki, "Ginnessin rekordlar kitabı"nın nümayəndələrinin fikrincə, diametri 12.6 metr olan bu quraşdırma hazırda dünyanın ən böyük qlobusudur.

1998-ci ildə yaradılmış nəhəng kürə "DeLorme"-un Amerikanın Yarmut şəhərində yerləşən qərargahının geniş pavilyonuna qoyulub. Qlobusun karkası yüngül alüminium borularından hazırlanıb və xəritənin 792 hissəsi səthində yerləşdirilmiş xüsusi panellərin üzərinə vurulub.

Emil Hüseynov




26/02/13    Çap et