Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Visa” və “Samsung” mobil ödənişlərin inkişafı məqsədilə əməkdaşlıq edəcəklər


"Visa" şirkəti mobil ödənişlərin inkişafı məqsədilə "Samsung" şirkəti ilə əməkdaşlıq sazişi imzaladığını bəyan edib.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "Samsung"un növbəti nəsil "ağıllı" telefonlarında "payWave" mobil pul kisəsi tətbiqi quraşdırılacaq.

Tətbiq vasitəsilə "ağıllı" telefona quraşdırılmış "NFC" çipindən istifadə edərək kontaktsız ödənişlər etmək mümkün olacaq. Bundan başqa, mobil ödənişlər proqramını işə salmaq istəyən maliyyə təşkilatları "Visa Mobile Provisioning Service" xidmətinə giriş əldə edəcək.

Bu xidmət "Samsung" şirkətinin "NFC" texnologiyasını dəstəkləyən mobil qurğularına ödəmə hesabları haqqında informasiyanı təhlükəsiz yükləməyə imkan verir.

Emil Hüseynov




26/02/13    Çap et