Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti televizorlarında “WebOS” əməliyyat sistemindən istifadə edəcək


Şəbəkədə yayılmış informasiyaya əsasən, "LG" şirkəti "Palm" tərəfindən hazırlanmış və daha sonra "HP" şirkətinin satın aldığı "WebOS" əməliyyat sistemi üzərində istifadə hüququna sahiblənib.

"ICTnews.az" elektron xəbər xidməti "computerra.ru" saytına istinadən bildirir ki, "HP" şirkəti artıq "Android" əməliyyat sistemi istifadə etməyi planlaşdırır.

"CNET" nəşri bildirib ki, "WebOS" ƏS-i üzərində hüquq, həmçinin mənbə kodları və sistemi hazırlayan komanda Koreyanın "LG" konserninin səlahiyyətinə keçəcək. "LG" şirkətinin əməliyyat sistemini yeni televizor modellərinə quraşdıracağı gözlənilir.

Emil Hüseynov




26/02/13    Çap et