Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhsil Nazirliyi elektron sənəd dövriyyəsinin təşkilində “KOICA” ilə əməkdaşlıqda maraqlıdır


Təhsil Nazirliyi distant ixtisasartırma təhsili və elektron sənəd dövriyyəsinin təşkili ilə bağlı layihələrin həyata keçirilməsi istiqamətində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu fikri təhsil naziri Misir Mərdanov “KOICA”-nın Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşündə bildirib.

“ICTnews” elektron xəbər xidmətinə nazirlikdən verilən məlumata görə, nazir görüşdə Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən və birgə əməkdaşlıq çərçivəsində təhsil sahəsi üzrə həyata keçirilən layihələrdən söz açıb. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Suk “KOICA”-nın reallaşdırdığı layihələrin nəticələrindən bəhs edib, təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni layihələrin reallaşdırılmasının önəmli olduğunu vurğulayıb.

Kim Eun-Suk bu baxımdan distant ixtisasartırma təhsili və elektron sənəd dövriyyəsinin təşkili ilə bağlı layihələrin əhəmiyyətinə diqqət çəkib, müvafiq istiqamətdə qarşılıqlı müzakirələrin aparılmasının zəruriliyini nəzərə çatdırıb.

Müasir müəllimdən yüksək hazırlıq və mütərəqqi yeniliklər barədə məlumatlı olmağın tələb edildiyini bildirən M.Mərdanov da bu baxımdan distant ixtisasartırma təhsilinin tətbiqi məsələsinin əhəmiyyətli nəticələr verəcəyinə ümidvar olduğunu vurğulayıb.

HƏQİQƏT




26/02/13    Çap et