Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

NDU-da Xocalı faciəsinə həsr olunmuş internet aksiyası keçirilib


Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş internet aksiyası keçirilib.

"ICTnews" elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları mətnlər, fotoşəkillər və slaydlar şəklində xarici universitetlərin elektron poçt ünvanlarına Xocalı faciəsi barədə məlumatlar göndəriblər. Aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdırmaq olub. İnternet aksiyası ərzində 100-dən çox ölkənin 350-yə yaxın elektron poçt ünvanlarına Azərbaycan həqiqətləri çatdırılıb.

Qeyd edək ki, universitetdə təhsil alan Nigeriya, Cənubi Koreya, Banqladeş, qardaş Türkiyədən olan tələbələr aksiya iştirakçıları sırasında olublar. Xocalı faciəsinə həsr olunmuş bukletlər aksiya iştirakçılarına paylanılıb.

CAHANGİR




27/02/13    Çap et