Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Oracle”-ın direktoru aviaşirkət satın alıb


Ötən ilin yayında "Oracle"-ın direktoru Larri Ellison Havay arxipelaqında yerləşən kiçik adalardan birini satın almışdı. Məlum olub ki, Ellison, həmçinin "Island Air" adlanan kiçik aviaşirkəti satın alıb: o, bu şirkət vasitəsilə öz adasına məhsul və müxtəlif yükləri tədarük etməyi planlaşdırır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Larri Ellison "Island Air" ticarət markasının sahibi "Ohana Airline Holdings" şirkətinin tamhüquqlu sahibinə çevrilir.

Sazişin maliyyə şərtləri açıqlanmır. "Cənab Ellisonun "Island Air" aviaşirkətini satın alması bizi sevindirir. Onun inkişaf strategiyasına baxışı sayəsində "Island Air" yeni zirvələr fəth edəcək" – "Island Air" aviaşirkətinin prezidenti Les Muraşiqe bildirib.

Emil Hüseynov




28/02/13    Çap et