Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Qeyts və Mark Zukerberq videoçarxa çəkilib (VİDEO)


Amerikanın "Code.org" qeyri-kommersiya təşkilatı proqramlaşdırmanın sadəliyindən və faydalılığından bəhs edən videoçarx çəkib.

Çarxda "Microsoft"un banisi və sabiq direktoru Bill Qeyts, "Facebook"un təsisçisi Mark Zukerberq və digər tanınmış proqramçılar çəkilib. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, layihə iştirakçılarının fikrincə, proqramlaşdırmanın əsaslarını öyrənmək heç də çətin deyil.

Qeyb Nyuellin sözlərinə görə, proqramlaşdırmaq qabiliyyəti möcüzə kimidir.

Çarxdan çıxarılan nəticə odur ki, proqramlaşdırmağı bacaran şəxs asanlıqla özünə iş tapa bilər.

Mark Zukerberqin sözlərinə görə, "Facebook"un qapısı istedadlı proqramçılar üçün açıqdır.



Emil Hüseynov




28/02/13    Çap et