Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər


"Adobe" şirkəti "ağıllı" telefonlar üçün "Adobe Photoshop Touch" tətbiqini istifadəyə verib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Touch" versiya "Windows" və ya "Mac" əməliyyat sistemləri üçün ənənəvi "Photoshop"a oxşamasa da, lakin o, redaktə üçün lazımi funksiyalara malikdir.

Şirkətin məlumatına əsasən, 12 və ya 16 meqapiksel təsvir ölçüsünə malik kamera ilə təchiz edilmiş müasir "ağıllı" telefonlar daha keyfiyyətli şəkillər çəkir və buna görə də mobil "Photoshop"un çıxarılması tamamilə məntiqə uyğundur. Mobil "Photoshop" "Android 4.0" və yuxarı əməliyyat sistemini və ya "iPhone 4S/iPod Touch 5" üçün "iOS" platformasını dəstəkləyir.

Emil Hüseynov




28/02/13    Çap et