Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qırğızıstandakı səfirliyimizin rəsmi internet səhifəsi fəaliyyətə başlayıb


Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfirliyinin rəsmi internet səhifəsi (www.azembassy.kg ) fəaliyyətə başlayıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, saytda səfirliyin fəaliyyətinə dair məlumatlar, Azərbaycan - Qırğızıstan ikitərəfli əlaqələri, Azərbaycan tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı barədə bilgilər, Azərbaycana səfər etmək və ya ölkəmiz barədə məlumat əldə etmək istəyən xarici ölkə vətəndaşları, habelə soydaşlarımız üçün məlumatlar öz əksini tapıb.

Səhifədə erməni təcavüzünü əks etdirən xüsusi bölmə də yerləşdirilib. Veb-səhifədə Azərbaycanın dövlət qurumları, Azərbaycan iqtisadiyyatının hansı sahələrinə investisiya yatırılması ilə bağlı məlumatlar əldə etmək mümkündür.

RƏVAN




28/02/13    Çap et