Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Bank of America”nın əməkdaşları haqqında informasiyanı açıq girişdə yerləşdiriblər


“Anonymous” haker qrupu “Bank of America”nın yüksəkvəzifəli əməkdaşları haqqında informasiyanı açıq girişdə yerləşdiriblər.

“ICTnews.az” elektron xəbər xidməti “rbc.ru” saytına istinadən bildirir ki, haker qrupu bununla yanaşı, 14 qiqabaytdan çox məlumat dərc edib: onların bəyanatına əsasən, bu məlumatlar “Bloomberg”, “Thomson Reuters” daxil olmaqla, bir sıra böyük xəbər agentliklərinin öz istifadəçiləri haqqında fərdi məlumat toplamaqla məşğul olduqlarını sübut edir.

“Bank of America” və digər təşkilatlar “Anonymous” haker qrupunun bəyanatına münasibət bildirməkdən imtina ediblər.

Emil Hüseynov




01/03/13    Çap et