Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvanda Elektron İmza Sertifikat Mərkəzinin yaradılması üçün fəaliyyət planı hazırlanıb


Bu gün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və “elektron hökumət”in formalaşdırılması zəruri məsələlərdən birinə çevrilib.

“ICTnews” elektron xəbər xidmətinin Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində 76 dövlət orqanına internet səhifəsi hazırlanıb, onlara domen adları, elektron poçt ünvanları verilib və qlobal şəbəkədə yerləşdirilib.

Həmçinin nazirlik tərəfindən 34 dövlət orqanına elektron xidmətlərin göstərilməsi üçün reyestr kodları verilib, xidmətlərin reqlamentlərinin hazırlanmasına köməklik göstərilib. Eyni zamanda Elektron İmza Sertifikat Mərkəzinin və “Elektron hökumət” portalının yaradılması üçün fəaliyyət planı hazırlanıb.

CAHANGİR




01/03/13    Çap et