Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“PayPal” hakerlərin 1000-dən çox İP ünvanını FTB-yə verib


Keçən il “Wikileaks” resursunun hesablarını bloklamış “PayPal” ödəmə sisteminin “Anonymous” haker qrupu ilə qarşıdurması davam edir. Məlum olduğu kimi, “PayPal” ödəmə sistemi “Wikileaks” hesablarına ödənişləri qəbul etməyi dayandırdıqdan sonra haker qrupunun iştirakçıları 2010-cu ilin dekabr ayında onun serverlərinə bir sıra hücumlar ediblər.
Keçən həftə “Anonymous” qrupu istifadəçiləri “PayPal” xidmətlərindən imtina etməyə səsləyib. Əvvəlcə heç kəs hakerlərin qanuni etirazını ciddi qəbul etməyib, amma hakerlərin boykota çağırışından sonra “eBay” səhmlərinin dəyəri nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Bu da şirkətə 1 milyard dollar dəyərində zərər vurub. Lakin analitiklər səhmlərin dəyərinin aşağı düşməsinin əsas səbəbini “eBay”ın ikinci rübdə gəlirinin 1,4 dəfə aşağı düşməsi xəbərini verməsini hesab edirlər.
“PayPal” isə öz növbəsində boykota çağırışlara cavab kimi Federal Tədqiqatlar Bürosuna (FTB) 1000 İP ünvandan siyahı təqdim edib. “Anonymous” hakerləri məhz bu İP ünvanlardan keçən il ödəmə sisteminin serverlərinə hücum ediblər. Çətin ki bu siyahı xüsusi xidmət orqanlarına kömək edə bilə. Çünki bu qırmada söhbət “DDoS” hücumlardan gedir ki, belə hücumlar isə heç nədən şübhələnməyən istifadəçilərin kompyuterlərindən edilir.


www.3dnews.ru




01/08/11    Çap et