Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera” şirkəti “WebKit” əsaslı ilk brauzerini istifadəyə verib


“Opera Software” şirkəti təxminən bir ay əvvəl “WebKit” (“Chrome” və “Safari” brauzerlərində istifadə olunur) mühərrikinə keçmək niyyətini bəyan etmişdi, halbuki son bir neçə ildə Norveç istehsalçısı brauzerlərini “Presto” texnologiyası üzrə hazırlayırdı.

Norveç şirkəti ötən gün “Android” mobil əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün yeni texnologiya ilə hazırlanmış brauzerinin ilk beta versiyasını istifadəyə verib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tərtibatçıların sözlərinə görə, brauzerin interfeysi sıfırdan hazırlanıb: hazırda idarəetmədə sensor imkanlara daha çox üstünlük verilir.

Bununla belə, bəzi elementlər əvvəlki məhsuldan götürülüb. “Opera”nın “WebKit” əsaslı ilk brauzerinin beta versiyasını “Google Play” mağazasından yükləmək mümkündür.


Emil Hüseynov




06/03/13    Çap et