Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 34 qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb


Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən cari ilin yanvar-fevral ayları ərzində iş planına, idarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 112 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

İdarədən verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 34 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb.

Onlardan 12 ədədi möhürlənib və 22 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 10 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

CAHANGİR




11/03/13    Çap et