Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android 2.3” platformasında ucuz planşet


“Marvel Digital” şirkəti 7 düym diaqonal ekranla təchiz edilmiş ucuz “Mercury Pad TBT-10C” planşet kompyuteri istehsal edib. Cihaz 1 QHz takt tezlikli “Samsung S5PV210” prosessoruna əsaslanır və 512 MB əməli yaddaş ilə təchiz olunub. Quraşdırılmış fləş modulun tutumu 4, 8 və ya 16 QB ola bilər.
Sensor ekran 800×480 nöqtə kəskinliyinə malikdir; təsvirin xarici monitorda və ya televizorda əks edilməsi üçün “HDMİ” rəqəmli interfeysi nəzərdə tutulub. 0,3 meqapiksel matrislə ön və 2 meqapiksel matrislə arxa kamera var. Mini-kompyuter 802.11b/g standart dəstəkli “Wi-Fi” simsiz əlaqə kontrolleri, “USB 2.0” portu, “MicroSD” slotu və s. ilə təchiz edilib. Qidalanma 2250 mA•ç tutumunda akkumulyatordan həyata keçirilir. Cihazın proqram platforması “Android 2.3” (Gingerbread) əməliyyat sistemidir. Planşeti 260 dollara əldə etmək olar.


hard.compulenta.ru




01/08/11    Çap et