Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan radiotezlik çeşidinin və peyk orbitlərinin tənzimlənməsi üzrə toplantıda təmsil olunacaq


Mart ayının 12-dən 14-dək Belarusun paytaxtı Minsk şəhərində Regional Rabitə Birliyinin (RRB) Radiotezlik çeşidinin və peyk orbitlərinin idarə edilməsi üzrə işçi qrupunun 2-ci toplantısı keçiriləcək.

Tədbir çərçivəsində 800 MHz, 2,3 GHz, 2,5 GHz, 3,6 GHz radiotezlik zolaqlarının simsiz rabitə sistemlərində hazırda və gələcəkdə istifadə məsələləri müzakirə olunacaq, VSAT peyk terminallarının Ku və Ka diapazonlarında istifadəsini tənzimləyən hüquqi-normativ bazası haqda hesabat və radiotezlik çeşidinin ayrılması və istifadəsi haqqının ödənilməsi haqda müddətli hesabat və s. məsələlərə baxılacaq.

Tədbirdə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin şöbə rəisi Nadir Sadıqov təmsil edəcək. 

AYNUR




12/03/13    Çap et