Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM”-in direktoru 16.2 milyon dollar qazanıb


"International Business Machines" (IBM) korporasiyasının baş direktoru Cinni Rometti 16.2 milyon dollar qazanıb.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, Romettinin kompensasiya paketi iki dəfə artıb: 2011-ci ildə onun əməkhaqqısı 8.3 milyon dollar olub.

Xatırladaq ki, "IBM"-in əvvəlki baş direktoru Semyuel Palmizano 2011-ci ildə 6.5 milyon dollar həcmində mükafat alıb. Cinni Rometti ABŞ-da ən yüksək əməkhaqqı alan qadın direktorlardan biridir.

Müqayisə üçün qeyd edək ki, "Hewlett-Packard"ın direktoru 2012-ci ildə 15.4 milyon dollar qazanıb ki, bu da söz verilmiş kompensasiya ödənişinin 70%-ni təşkil edir. Məsələ ondadır ki, "HP" ötən il qarşısına qoyulmuş məsələlərin öhdəsindən gələ bilməyib.

Emil Hüseynov




12/03/13    Çap et