Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda rəqəmli televiziya yayım şəbəkəsi genişləndirilir


Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi məqsədilə görülən işlər uğurla davam etdirilir.

"ICTnews" elektron xəbər xidmətinin "Teleradio" İB-yə istinadən verdiyi məlumata görə, birliyə məxsus Qonaqkənd RTS-də 300 Vt-lıq, Hacılar RTS-də 600 Vt-lıq, Tovuz rayonunun Böyük Qışlaq kəndində isə 300 Vt-lıq müasir tipli TV vericilər qurularaq istismara verilib.

Qeyd edək ki, TV vericilər "Vigintos Elektronika" şirkətinin istehsalıdır.

CAHANGİR




13/03/13    Çap et