Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Springer”in bütün elektron resurslarına çıxış əldə edilib


“Springer” beynəlxalq elmi bazası ilə əməkdaşlıq çərçivəsində AMEA tərəfindən bazanın bütün elektron resurslarına çıxış əldə edilib.

Qeyd edək ki, aparıcı elmi nəşriyyat kimi tanınan “Springer” akademiya, korporativ R & D (Research and Development Departments – Tədqiqat və İnkişaf Bölmələri) və elmi-tədqiqat institutlarını keyfiyyətli innovativ informasiya məhsulları və xidmətləri ilə təmin edir.

Hazırda “Springer”in elektron elmi bazasında 7 milyondan çox elmi mənbə mövcuddur. Bazaya www.springer.comünvanından daxil olaraq bütün resurslara çıxış təmin olunur.




13/03/13    Çap et