Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyada “iPhone” istifadəçiləri yol-nəqliyyat qaydalarının pozulmasına görə cərimə ödəyə biləcəklər


Rusiyada "iPhone", "iPod touch" pleyerləri və "iPad" planşetləri üçün nəzərdə tutulmuş "AyPopalsya" ("Ay tutdum"), yol-nəqliyyat qaydalarının pozuntusu üzrə cərimələrin ödənməsi proqramı tərtib edilib. Rusiya mətbuatının məlumatına əsasən, proqram cərimələr haqda yazıları Rusiya, Moskva və Moskva vilayəti üzrə məlumatlar bazasında axtarır.

Bunun üçün, sürücülük vəsiqəsinin nömrəsini və ya nəqliyyat vasitəsinin qeydiyyatı haqda şəhadətnaməni göstərmək lazımdır.

Cərimələr haqda məlumatlar sutkada iki dəfə avtomatik rejimdə və ya "Yeniləmək" düyməsini aktiv etməklə yenilənir. Proqramın tərtibatçısı, "Mobil ödəniş servisləri" şirkəti xəbərdarlıq edir ki, yeni məlumatlar gecikmə ilə yüklənə bilər. Proqram "Visa" və "MasterCard" kartları ilə cərimələri ödəmək imkanı yaradır, bunun üçün mobil telefonun nömrəsini göstərmək kifayətdir. Ödənişin maksimal məbləğı 15 min rubldır.

Proqram pulsuz təqdim edilir, "iOS 5.0" və ondan sonrakı versiyalı əməliyyat sistemləri ilə idarə edilən mobil qurğularla asanlıqla uyğunlaşır. "Android" əsasında işləyən proqram 2012-ci ilin noyabr ayında buraxılıb. 

AYNUR




14/03/13    Çap et