Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype”: “İstifadə olunan alqoritm və protokollar ötürülən məlumatları üçüncü tərəfin ələ keçirməsini əngəlləyir”


"Skype" internet-telefoniya xidməti onun üzərindən həyata keçirilən zənglərə Rusiyanın xüsusi xidmət orqanlarının qulaq asması haqqında mətbuatda yayılmış informasiyanı təkzib edib.

"ICTnews.az" elektron xəbər xidməti "telegraf.com.ua" saytına istinadən bildirir ki, "ilkin kodun verilməsi şəxsi yazışmaların açılması anlamına gəlmir" – agentlikdən bildirilib.

"ESET" şirkətinin analitiki Aleksandr Matrosov "Skype"-ın ən qorunmuş kommunikasiya xidməti olması fikri ilə razı olduğunu bildirib.

"Doğrudan belədir, çünki "Skype" xidmətində istifadə olunan alqoritm və protokollar ötürülən məlumatları üçüncü tərəfin ələ keçirməsini əngəlləyir" – deyə ekspert izah edib.

Emil Hüseynov




15/03/13    Çap et