Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AzTU tələbələrinin 56-cı Elmi-texniki konfransı təşkil ediləcək


Cari il, 2-4 may tarixlərində Azərbaycan Texniki Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş AzTU tələbələrinin 56-cı Elmi-texniki konfransı keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinin adıçəkilən universitetə istinadən verdiyi məlumata görə, konfransın keçirilməsində məqsəd müxtəlif istiqamətlər üzrə təhsil alan tələbələrin müasir elmi yeniliklərlə və Ümummilli lider Heydər Əliyevin təhsil və elm sahəsindəki xidmətləri ilə tanış olmasını təmin etməkdir.

Konfransın işi avtomatika və kompüter texnikası, nəqliyyat, elektrotexnika və energetika, metallurgiya, maşınqayırma, radiotexnika və rabitə, texnoloji maşınlar, mühəndis biznesi və menecment, təbiət və fundamental elmlər, humanitar elmlər və dillər bölmələri üzrə aparılacaq.

CAHANGİR




18/03/13    Çap et