Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Koreyanın Təhsil, Elm və Texnologiya Nazirliyi 7 azərbaycanlını təhsil almağa dəvət edir


Azərbaycanın 7 vətəndaşı Koreyada 2013-2016-cı tədris dövrü üçün nəzərdə tutulmuş təqaüd proqramı çərçivəsində magistratura və doktorantura pilləsi üzrə təhsil almaq üçün dəvət olunur.

Təqaüd proqramı Koreya Respublikasının Təhsil, Elm və Texnologiya Nazirliyi (TETN) nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutu (NIIED) tərəfindən həyata keçiriləcək.


“ICTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən bildirilib ki, təhsil haqqı və Koreyada yaşama xərcləri dəvət edən tərəfindən ödənilir: “Proqramda iştirak şərtlərinə cavab verən namizədlər 31 mart 2013-cü il tarixindən gec olmayaraq Koreya Respublikasının Azərbaycandakı səfirliyinə müraciət etməlidirlər.

Proqram barədə əlavə məlumat üçün bu internet ünvanlarına http://www.studyinkorea.go.kr/en/main.do və http://www2.u-szeged.hu/kulugy/paly/2013/2013_kgsp_graduate_program_guideline.pdf . müraciət etmək olar”.

HƏQİQƏT




18/03/13    Çap et