Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TQDK-nın sınaq imtahanlarına yazılış mart ayının sonlarında aparılacaq


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış mart ayının sonlarında (Novruz Bayramından sonrakı ilk iş günlərində) aparılacaq.

Bu barədə məlumat verən komissiyadan qeyd edilib ki, sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər "Azercell", "Bakcell" və "Nar Mobile" nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.

Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.

HƏQİQƏT




27/03/13    Çap et