Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DRİ-nin nümayəndəsi radiomonitorinq şəbəkəsinin test sınaqlarının keçirilməsində iştirak edir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin nümayəndəsi radiomonitorinq şəbəkəsinin qurulması ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatında istehsalçı zavodda avadanlığın test sınaqlarının keçirilməsində iştirak edir.

DRİ-dən verilən məlumata görə, bu məqsədlə idarənin baş mühəndisi İlham Əfəndiyev 26 mart tarixindən etibarən ABŞ-ın Kaliforniya ştatının Fremont şəhərinə ezam edilib.

CAHANGİR




27/03/13    Çap et