Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda artıq elektron imzanı “ASAN xidmət” mərkəzindən almaq mümkündür


Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərinin xidmət çeşidi genişlənməkdə davam edir.

“ASAN xidmət” mərkəzlərinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynovun “ICTnews”a verdiyi məlumata əsasən, artıq elektron imzanı 1 saylı Bakı “ASAN xidmət” mərkəzindən də əldə etmək mümkündür. “Bu xidməti mərkəzdə fəaliyyət göstərən “Azərpoçt”un nümayəndələri göstərir .

Gələcəkdə bizim mərkəzdə “Azərpoçt” nümayəndələri tərəfindən mobil elektron imzanın autentifikasiyası da həyata keçirilə bilər. Lakin bunun “ASAN imza” ilə heç bir əlaqəsi yoxdur, o bizim perspektivdə göstərilməsi nəzərdə tutulan xüsusi xidmətimizdir. Bu xidmət vasitəsilə vətəndaşlar xaricdə olduqları zaman tələb olunan ərizələr üçün müraciət edə biləcəklər, sənədləri imzalaya biləcək və artıq Azərbaycana gəldikdə hazır sənədi əldə edəcəklər”, - deyə o bildirib.

Aynur Vəliyeva




27/03/13    Çap et