Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Translate” internetsiz də işləyəcək


“Google” şirkəti “Android” mobil əməliyyat sistemi üçün "Tərcüməçi" tətbiqini yeniləyib. Hazırda proqram internetə qoşulmadan belə bir dildən digər dilə tərcümə edə bilir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, "İnternetsiz tərcümə"ni işə salmaq üçün tətbiqi açaraq menyudan "Oflayn-tərcüməçi" seçmək və lazımi dil paketlərini yükləmək lazımdır. Oflayn tərcümə funksiyası 50 dil üçün əlçatandır.

“Google” bildirib ki, oflayn tərcümənin keyfiyyəti internet üzərindən həyata keçirilən tərcümədən bir qədər aşağı ola bilər.

Emil Hüseynov




28/03/13    Çap et