Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əlillər avtomatlaşdırılmış avtomobildən istifadə edəcək


Avropa və ABŞ-da avtomatlaşdırılmış avtomobillər hələ prototip mərhələsində olduğu vaxtda Yaponiyada artıq şəhərin küçələrində bu cür maşınlar hərəkət edir. Onların ölçüləri kiçikdir və qoca və əlillər üçün nəzərdə tutulub.

"ICTnews.az" elektron xəbər xidməti "computerra.ru" saytına istinadən bildirir ki, "Hitachi Ropits" avtomobilinə quraşdırılmış xeyli sayda datçik və "GPS" sistemi maşının çuxur, təpə və piyadaların yanından keçməsinə kömək edir.

Qeyd edək ki, bu maşın yalnız əlillər üçün nəzərdə tutulmayıb. "Hitachi" şirkətindən verilmiş məlumata əsasən, çox tezliklə belə avtomobillərdən məhsulların mağazalardan avtomatik çatdırılması üçün istifadə edilməyə başlanılacaq.

Emil Hüseynov




29/03/13    Çap et